Koronavirus 50 yeni səhiyyə milyarderini ortaya çıxarıb
Tarix: 24-12-2020 11:50 | Bölmə: Cəmiyyət
Koronavirus 50 yeni səhiyyə milyarderini ortaya çıxarıb

2020-ci ildə koronavirus pandemiyası zamanı səhiyyə sektorunda 50 yeni milyarder meydana çıxıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “Forbes”in yaydığı məlumata görə, onların əksəriyyəti Çində yaşayır.

Peyvəndlərin hazırlanması və ya tibbi avadanlıqla təmin edilməsi ilə məşğul olan şirkətlərin artan pay ehtiyatlarından da yeni milyarderlərin gəliri artır.

Pandemiya zamanı Almaniyanın “BioNTech” biotexnologiya şirkətinin icraçı direktoru Uğur Şahinin də gəliri artıb. Şirkət, “Pfizer” ilə artıq bir neçə ölkədə aktiv şəkildə istifadə edilmiş bir koronavirus peyvəndi hazırlamaq üçün əməkdaşlıq edir. “BioNTech”in 17 faizinə sahib olan Şahinin gəliri 4,2 milyard dollara çatıb.

Koronavirus peyvəndi istehsal edən Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel də yeni milyarderlərin sırasına əlavə edilib. “Forbes” onun gəlirini 4,1 milyard dollar qiymətləndirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər