Gürcüstanda iki azərbaycanlı güllələnib - Yenilənib
Tarix: 24-12-2020 13:51 | Bölmə: Cəmiyyət
Gürcüstanda iki azərbaycanlı güllələnib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

***

Marneulidə güllələnən hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir.

Reyting.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosuna yerli sakinlər bildiriblər.

Məlumata görə, hər ikisi ayaq nahiyyəsindən güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat olunublar.

İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.







Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}