Din xadimi Prezidentin ad günündə doğulan nəvəsinin adını İlham qoyub - Foto
Tarix: 24-12-2020 18:48 | Bölmə: Cəmiyyət
Din xadimi Prezidentin ad günündə doğulan nəvəsinin adını İlham qoyub

Milli Azadlıq Hərəkatının fəallarından olmuş və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəyə görə vaxtilə Lefertova həbsxanasında siyasi məhbus həyatı yaşamış Hacı Tahir Abbaszadə baba olub.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Gəncə İmamzadə ziyarətgahının rəhbəri Hacı Tahir Abbaszadə Azərbaycanın dövlət başçısı İlham Əliyevin doğum günündə anadan olan ilk nəvəsinin adını İlham qoyub.

Bu gün dövlət başçısını ad günü münasibətilə təbrik edən Abbaszadə Reyting.az-ın əməkdaşına deyib ki, bu yaxınlarda həm Azərbaycanın Zəfər çalması, həm də nəvəsinin Prezidentin ad günündə anadan olması onu çox sevindirir:

“Möhtərəm Prezidentimiz xalqımıza Qələbə bəxş etdi, bizə sevincli günlər yaşatdı. Onun rəhbərliyi, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində işğal altındakı ərazilərimiz azad edildi. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın şanlı tarixi yazıldı. Belə bir sərkərdənin adını nəvəmə qoymaqdan fərəh hissi keçirirəm”.



Din xadimi ölkə başçısını ad günü münasibətilə bir daha təbrik edib, ona və əzizlərinə cansağlığı, uzun ömür arzulayıb:

“İnanıram ki, cənab Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaq və dünyanın daha öncül dövlətlərindən birinə çevriləcək.

Allah cənab Prezidentimizi, Müzəffər Ordumuzu və xalqımızı qorusun!

Şəhid analarının qarşısında baş əyirəm. Uca Yaradanın dərgahında olan şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm!”.

Qeyd edək ki, Hacı Tahir Abbaszadə də şəhid ailəsinin üzvüdür. Onun qardaşı, polkovnik-leytenant Səməd Abbasov vətən yolunda şəhid olub.





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər