Zeynəb Xanlarovanın bacısı oğlu həbs edilib - Yenilənib
Tarix: 25-12-2020 11:24 | Bölmə: Cəmiyyət
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edilib - Yenilənib

Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

Reyting.az
xəbər verir ki, D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

***

Nəsimi Rayon Məhkəməsində sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}