22:43 / 07-07-2025
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
20:50 / 07-07-2025
Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
20:12 / 07-07-2025
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
18:33 / 07-07-2025
Bu il sülh sazişi imzalana bilər
18:01 / 07-07-2025
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
17:43 / 07-07-2025
Mirzoyan: "Biz Azərbaycanla sazişi imzalamağa hazırıq"
17:43 / 07-07-2025
Türkiyə hərbi büdcəni böyüdür
17:22 / 07-07-2025
Zooparkdan qaçan aslan insana hücum edib
17:19 / 07-07-2025
Nazir vəzifəsindən azad edilən şəxs özünü güllələyib
17:16 / 07-07-2025
Rusiyanın neft emalı zavodunu partladıblar
17:08 / 07-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
17:03 / 07-07-2025
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
17:03 / 07-07-2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
16:49 / 07-07-2025
“İşsizlikdən sığorta vəsaitlərinin uçotu" barədə qaydaya dəyişiklik edilib
16:37 / 07-07-2025
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
16:25 / 07-07-2025
Dövlət Nəzarəti Xidmətində təyinatlar olub
16:18 / 07-07-2025
Direktor və müavinlərinin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
16:04 / 07-07-2025
Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin açılışı olub - Fotolar
15:54 / 07-07-2025
"Sumqayıt"da baş məşqçi təyinatı olub
15:50 / 07-07-2025
İlham Əliyev Çinlə bağlı daha bir müqaviləni təsdiqləyib
15:44 / 07-07-2025
"Saakaşvili əfv edilməyəcək"
15:10 / 07-07-2025
Əl əli yudu, əl də qayıtdı... - Etibar Cəbrayıloğlu yazır
15:07 / 07-07-2025
Prezident vərəsəlik şəhadətnaməsi ilə bağlı yeni qanunu təsdiqləyib
14:39 / 07-07-2025
Prezident instituta rektor təyin edib - Foto
13:55 / 07-07-2025
Gəlinə 1,5 kq qızıl, bəyə 7,5 milyon lirə hədiyyə olunub - Foto
13:46 / 07-07-2025
Azərbaycanda kreditlərin faiz dərəcəsi artıb
13:15 / 07-07-2025
Rusiya aviaşirkətləri iki gün ərzində böyük zərərlə üzləşiblər
12:59 / 07-07-2025
Sabahın hava proqnozu açıqlanıb
19:48 / 04-07-2025

14:40 / 03-07-2025

15:47 / 04-07-2025

08:03 / 04-07-2025

11:04 / 03-07-2025

11:51 / 04-07-2025

13:08 / 03-07-2025

19:14 / 04-07-2025

07:37 / 04-07-2025

22:44 / 02-07-2025

13:08 / 04-07-2025

“Moderna”: bu şirkət və onun vaksini haqda nə bilirik?
Tarix: 25-12-2020 12:52 | Bölmə: Cəmiyyət

Bu ay ABŞ-da koronavirus əleyhinə iki vaksinin kütləvi istifadəsinə icazə verildi. Bunlardan biri ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birlikdə hazırladığı vaksindir. Digər vaksini isə ABŞ-ın “Moderna” şirkəti hazılayb. ABŞ dövləti qabaqca “Pfizer”-“BioNTech” vaksininə lisenziya verdi. Nəticədə dünyada bu vaksin haqda, onun xüsusiyyətləri, onu istehsal edən şirkətlər barədə geniş məlumatlar yayıldı. “Moderna” və onun vaksini haqda da xeyli məlumat yayılıb. Amma maraqlıdır ki, “Moderna” şirkəti “Pfizer” və “BioNTech” şirkətləri kimi məşhur, iri şirkət deyil və koronavirus vaksininə qədər heç vaxt bazara məhsul çıxarmayıb, buna qədər onun hazırladığı vaksinlərin heç biri rəsmi səviyyədə təsdiqlənməyib, hətta həmin vaksinlər klinik tədqiqatın üçüncü (son) mərhələsinə də çata bilməyib.
“Moderna” şirkəti, onun koronavirus vaksini haqda nə məlumdur və bu vaksin “Pfizer”-“BioNTech” vaksinindən nə ilə fərqlənir?
Reyting.az xəbər verir ki, Novator.az saytı suallara aydınlıq gətirilməsi üçün ABŞ-ın CNN kanalının internet səhifəsində yerləşdirilmiş yazını ingiliscədən tərcümə edib. Yazının müəllifləri CNN-in əməkdaşlarlı Erik Levenson və Caklin Hovarddır.
“Moderna” nədir?
“Pfizer” əczaçılıq sahəsində aparıcı şirkətlərdən biri olduğu halda, “Moderna” (“Modified RNA”nın qısaldılmış forması) Massaçusets ştatının Kembric şəhərində yerləşən bir biotexnologiya şirkətidir.
2010-cu ildə təsis olunmuş “Moderna” şirkəti koronavirus vaksininə qədər bazara heç vaxt məhsul çıxarmayıb, yəni buna qədər onun hazırladığı doqquz və ya daha çox vaksin nümunəsindən heç biri ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) tərəfindən təsdiqlənməyib. Həmçinin koronavirus vaksininə qədər şirkətin heç bir məhsulu klinik tədqiqatın üçüncü (son) mərhələsinə gəlib çıxa bilməyib.
Şirkətlə əməkdaşlıq edən alimlər koronavirusun digər növü olan Yaxın Şərq Respirator Sindromuna (MERS) qarşı vaksinin hazırlanması zamanı milli səhiyyə institutlarının tədqiqatçıları ilə birgə çalışıblar. 2020-ci ilin yanvar ayının ortalarında çinli tədqiqatçılar yeni növ koronavirusla bağlı genomun nukleotid ardıcıllığını açıqladıqda alimlər dərhal hərəkətə keçiblər.
“mRNA-1273” adlanan vaksinin hazırlanmasına ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu yardım edib. BARDA kimi tanınan ABŞ-ın Biotibbi Yüksək Araşdırma və İnkişaf İdarəsi klinik sınaqların sonrakı mərhələlərini dəstəkləyib və istehsal həcmini artırmağa kömək edib.
FDA (ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya) “Moderna” vaksininin klinik sınaqlarına ilk dəfə martın 3-də icazə verib. Vaksinin klinik tədqiqatlarının yüksək mərhələsi iyulun 27-də start götürüb və ABŞ-da dövlətin klinik tədqiqatın üçüncü mərhələsində maliyyələşdirdiyi ilk COVİD-19 vaksininə çevrilib.
Şirkət öz vaksininin təxirəsalınmaz yardım zamanı istifadəsinə icazə verilməsi üçün noyabrın 30-da FDA-ya müraciət edib.
Vaksin işə yarayırmı?
Klinik tədqiqatlar zamanı “Moderna” vaksini ümumilikdə COVİD-19-a yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısını almaqda effektli nəticə verib.
Ekspert komitəsinin FDA-ya təqdim etdiyi məlumat xarakterli sənədə əsasən, ikinci dozadan sonra ən azı 14 gün ərzində vaksinin COVİD-19-a qarşı effektivliyi 94.1% təşkil edib.
“Moderna”nın apardığı tədqiqat zamanı 15 min nəfərə heç bir təsirə malik olmayan natrium xlorid məhlulundan ibarət plasebo inyeksiya edilib. Bir neçə ay ərzində onlardan 185 nəfərdə COVİD-19 infeksiyası özünü büruzə verib. Bu 185 nəfərdən 30-da xəstəlik ağır formalarda inkişaf edib, sonda bir nəfər ölüb.
Daha 15 min tədqiqat subyektinə isə vaksin inyeksiya edilib və bu şəxslərdən yalnız 11-i COVİD-19 infeksiyasına yoluxub. Həmin 11 nəfərin heç birinin vəziyyəti ağırlaşmayıb.
Məlumat xarakterli sənədə əsasən, vaksin həm kişilərdə, həm də qadınlarda, bütün yaş qruplarında, irqi və etnik cəhətdən fərqli qruplarda, həmçinin yanaşı xəstəliyi olduğu üçün risk qrupuna aid edilən şəxslərdə effektiv nəticə verib. Tədqiqat subyektlərinin təxminən 10%-ni qaradərililər, 20%-ni isə latın amerikalılar təşkil edib.
Vaksin necə təsir göstərir?
“Pfizer” vaksini kimi “Moderna” vaksini də orqanizmə koronavirusun səthində yerləşən peplomerlərdən müdafiə yaratmaq üçün genetik resept olan mRNT ötürür. Vaksin inyeksiya edildikdən sonra orqanizmdə immunitet sistemi peplomerlərə qarşı anticisimlər formalaşdırır. Vaksinasiya olunmuş şəxs sonradan koronavirusa məruz qaldığı zaman bu anticismlər virusa hücuma keçir.
“Moderna”nın vaksini xüsusilə virusun “birləşmə öncəsi stabilləşdirilmiş peplomer qlikoproteini” adlandırılan struktur üçün nəzərdə tutulmuş sintetik mRNT ehtiva edir.
Vaksinin tərkibində lipidlər adlanan yağlı maddələr, trometamin, trometamin hidroxlorid, sirkə turşusu, natrium asetat və saxaroza da var.
“Moderna”nın vaksini “Pfizer”inkindən nə ilə fərqlənir?
ABŞ-ın Səhiyyə və Sosial Təminat üzrə katibi Aleks Azar bildirib ki, bu iki vaksin bir-birinə çox bənzəsə də, onlar arasında müəyyən fərqlər var və məhz bu fərqlərə görə “Moderna”nın vaksini daha əlverişli hesab olunur.
Effektivlik: Həm “Moderna”, həm də “Pfizer”-“BioNTech” vaksinləri bənzər effektivlik nümayiş etdirməklə 95%-ə yaxın nəticə göstərib.
FDA-nın vaksinlər üzrə ekspert komitəsinin üzvü doktor Paul Offit CNN kanalının “New Day” proqramına müsahibə verərkən bu vaksinlərin demək olar ki, bir-birinə ekvivalent olduğunu bildirib.
Struktur: Struktur və quruluşu bir qədər fərqlənsə də, hər iki vaksin mRNT əsaslıdır.
Paul Offit deyib: “Hər iki vaksin mRNT əsaslı olsa da, onların mRNT molekulları və lipid ötürmə sistemləri fərqlidir. Bu isə mRNT-nin yerləşdiyi yağ damcısının növü ilə bağlıdır. Ona görə də, bu iki vaksinin saxlanma və istifadə xüsusiyyətləri bir-birindən fərqlənir”.
Dondurucuda saxlama: Ən əsası odur ki, “Pfizer”in vaksinindən fərqli olaraq “Moderna” vaksinini çox soyuq temperaturda saxlamağa ehtiyac yoxdur.
“Pfizer”in vaksini təxminən mənfi 75 dərəcədə saxlanmalıdır. Bu isə hazırda ABŞ-da istifadə olunan bütün vaksinlərin saxlanma temperaturundan təxminən 50 dərəcə aşağıdır. Vaksin yalnız istifadə müddətinin sonuna beş gün qalmış adi soyuducuya qoyula bilər.
Ona görə Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi “soyuq zəncir” adlanan saxlama və istifadə tələbləri müəyyənləşdirib. Bu tələblərə bahalı ultrasoyuq dondurucular və xeyli sayda quru buzdan istifadə daxildir.
ABŞ-da COVİD-19-a qarşı vaksin hazırlanması prosesinə rəhbərlik edən Monsef Slauinin sözlərinə görə, “Pfizer” vaksinindən fərqli olaraq, “Moderna”nın vaksini təxminən mənfi 20 dərəcədə, yəni məişətdə istifadə olunan adi soyuducuların yaratdığı temperaturda saxlana bilər. “Moderna” vaksinini həm də istifadə müddətinin sonuna yaxın 30 gün ərzində soyuducuda saxlamaq olar. “Yəni bu vaksinin istifadə səmərəliliyi və əlçatanlıq səviyyəsi daha yüksəkdir” deyə Monsef Slaoui vurğulayıb.
Bu fərqləri nəzərə alaraq deyə bilərik ki, “Pfizer”in vaksini xəstəxanalar kimi güclü infrastruktura malik müəssisələrdə istifadə oluna bilər. Yerli şəbəkələrin və ya əczaçıların istifadə üçün isə “Moderna”nın vaksini daha əlverişlidir.
Dozalama rejimi və müddət: “Moderna”nın vaksini 28 günlük intervalla 100 mikroqram dozada, “Pfizer”in vaksini isə 21 günlük intervalla 30 mikroqram dozada inyeksiya edilir.
Yaş həddi: “Moderna”nın vaksini 18 yaşdan yuxarı, “Pfizer” vaksini isə 16 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulub.
Vaksin təhlükəsizdirmi?
FDA-ya təqdim olunmuş informasiya xarakterli sənəddə göstərilir ki, vaksin əlverişli təhlükəsizlik profilinə malikdir və onun təxirəsalınmaz yardım zamanı istifadəsini məhdudlaşdıracaq heç bir problem aşkanlanmayıb.
Sənəddə verilən informasiyaya görə, vaksinin ümumi əlavə təsirlərinə inyeksiya nahiyəsində ağrı, yorğunluq, baş ağrısı, əzələ ağrısı, oynaqlarda ağrı və üşütmə daxildir. Əlavə təsir kimi limfa düyünlərinin şişməsi də qeydə alınıb.
Sənəddə bildirilir ki, vaksinasiya olunan qrupla plasebo yeridilən qrup arasında “ölümcül olmayan ciddi əlavə təsirlər az halda baş verib və heç bir əhəmiyyətli disbalans müşahidə edilməyib”.
CNN-ə müsahibə verən 24 yaşlı tədqiqat subyekti Yasir Batalvinin sözlərinə görə, ikinci dozada vurulan vaksin əsl vaksin olduğu üçün onun bədən temperaturu bir qədər yüksəlib, yorğunluq və üşütmə hiss edib. Səhərisi gün isə onun vəziyyəti yaxşılaşıb.
“Operation Warp Speed” əməliyyatının (ABŞ-da COVİD-19-a qarşı vaksinlərin hazırlanması üzrə əməliyyat) baş elmi məsləhətçisi Monsef Slaouinin sözlərinə görə, immunizasiya olunmuş tədqiqat subyektlərinin təxminən 10-15%-də “kifayət qədər nəzərəçarpan yan təsirlər” müşahidə olunacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:22
Zooparkdan qaçan aslan insana hücum edib
Bu gün, 17:08
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 16:25
Dövlət Nəzarəti Xidmətində təyinatlar olub
Bu gün, 12:59
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 11:56
Ailə dramı: gəlin öldürülüb, qayınanası bıçaqlanıb
Bu gün, 11:49
“LC Waikiki”nin anbarındakı geyimlər yanıb
Bu gün, 09:52
Bakıda iki yanğın olub, tüstüdən zəhərlənənlər var
Bu gün, 08:42
Türkiyədə 5 əsgər metan qazından zəhərlənərək ölüb
Dünən, 12:46
Sabah qısamüddətli yağış gözlənilir - Proqnoz
5-07-2025, 14:30
Sabah yağış yağacaq
5-07-2025, 10:36
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
5-07-2025, 10:31
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
5-07-2025, 09:26
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
4-07-2025, 18:19
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
4-07-2025, 15:25
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verəcək
4-07-2025, 15:08
Üzərinə həbs qoyulan əmlakın satışı qaydası dəyişib
4-07-2025, 14:13
Tələbkarın əmlakı əldə etməsi qaydası dəyişib
4-07-2025, 13:04
Sabahın hava proqnozu açıqlanıb
4-07-2025, 10:51
Komandirə 9 il 7 ay həbs cəzası verilib
4-07-2025, 09:15
Professorun oğlu qəzada ölüb
3-07-2025, 18:17
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
3-07-2025, 16:12
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
3-07-2025, 15:43
Güclü külək əsəcək - Xəbərdarlıq
3-07-2025, 13:43
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
3-07-2025, 12:28
Sabahın hava proqnozu açıqlanıb
3-07-2025, 11:59
Jurnalist Günel Hacı müdir müavini təyin olunub
3-07-2025, 08:12
Marsın səhraya çevrilməsinə səbəb nədir?
2-07-2025, 17:05
Məhkəmə vəzifəli şəxslərin cinayət əməlini araşdıracaq
2-07-2025, 15:59
Bakıda qəzalı binalarla bağlı Xüsusi Komissiya yaradılıb
2-07-2025, 14:29
Vilayət Eyvazov: "Bu yolda qüvvə və bacarığımızı əsirgəməyəcəyik"
2-07-2025, 13:27
Sabahın hava proqnozu açıqlanıb
2-07-2025, 13:23
Polis Akademiyasında Məzun Günü keçirilib - Video
2-07-2025, 11:45
Nazir şöbə müdirini vəzifədən azad edib
2-07-2025, 11:04
Yekaterinburqda Şahin Lalayevin həbs müddəti uzadılıb
2-07-2025, 08:58
Qərbi Azərbaycanın mədəni irsi müzakirəyə çıxarılıb - Fotolar
2-07-2025, 08:10
Üzən qazma platforması batıb
1-07-2025, 17:23
Vəzifəli şəxslərin cinayət işini məhkəməyə göndəriblər
1-07-2025, 16:26
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək - Fotolar
1-07-2025, 15:47
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto