Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb
Tarix: 25-12-2020 16:26 | Bölmə: Cəmiyyət
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz:

My Webpage




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}