AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan şəxs həlak olub - Yenilənib
Tarix: 25-12-2020 22:44 | Bölmə: Cəmiyyət
AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan şəxs həlak olub - Yenilənib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

***

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki üçmərtəbəli binadakı otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi, 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Reyting.az-ın məlumatına görə, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}