FHN AzTV-dəki faciə ilə bağlı məlumat yayıb
Tarix: 26-12-2020 08:25 | Bölmə: Cəmiyyət
FHN AzTV-dəki faciə ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) ərazisindəki binada baş vermiş dağıntı ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, FHN "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki binada dağıntı olması, 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N. Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}