Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 26-12-2020 12:03 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-10, Bakıda gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Dekabrın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü
gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq