Qarabağdakı sülhməramlılara təlim keçiblər - Video
Tarix: 26-12-2020 12:33 | Bölmə: Cəmiyyət
Qarabağdakı sülhməramlılara təlim keçiblər - Video

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti ilə döyüş hazırlığı sessiyası çərçivəsində xüsusi təyinatlı tibb vahidin bazasında tibbi təlimlər keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, otuza yaxın müşahidə məntəqəsinin sanitar təlimatçısı müxtəlif qanaxmaların dayandırılması, yaralanmalar, qırıqlar üçün sarğı, şpon tətbiq edilməsi, həmçinin təcili reanimasiya yardımı göstərilməsi prosedurlarını tətbiq ediblər.

Təlim zamanı hərbi qulluqçulara qurbanların hərbi texnikaya yüklənməsi, çatmaq çətin olan ərazilərdən çıxarmaq üçün əldəqayırma vasitələrdən və asma sistemlərdən istifadə edərək yaralıların yüklənməsi və boşaldılması hərəkətləri nümayiş etdirilib.

Qeyd edilib ki, sülhməramlı kontingentlə döyüş təlimləri müntəzəm olaraq keçirilir və hərbi qulluqçuların peşə hazırlığı səviyyəsinin daima yüksəldilməsinə, qazandıqları bacarıqların artırılmasına, habelə bölmələrin döyüş qabiliyyəti ilə bağlı müəyyən edilən tələblərin qorunmasına yönəlib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}