Kürdəmirdə ağır yol qəzası: ölənlər var - Fotolar
Tarix: 27-12-2020 10:04 | Bölmə: Cəmiyyət
Kürdəmirdə ağır yol qəzası: ölənlər var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Kürdəmir rayon sakini, 42 yaşlı Cavadov Xaliq Durmuş oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını körpünün üzərində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü və sərnişini, 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}