Təhsil Nazirliyi: "15 mindən çox tələbənin təhsil haqqı ödənilib"
Tarix: 29-12-2020 10:28 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: "15 mindən çox tələbənin təhsil haqqı ödənilib"

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq