Ramin Bayramlı: "Azərbaycanda vaksinasiya yanvar ayının əvvəlindən başlayacaq"
Tarix: 29-12-2020 15:38 | Bölmə: Cəmiyyət
Ramin Bayramlı: "Azərbaycanda vaksinasiya yanvar ayının əvvəlindən başlayacaq"

“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.

Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}