Azərbaycanda 15-17 yaşlı qadınlar 2 320 uşaq dünyaya gətiriblər
Tarix: 29-12-2020 16:03 | Bölmə: Cəmiyyət
Azərbaycanda 15-17 yaşlı qadınlar 2 320 uşaq dünyaya gətiriblər

Erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır. Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nigahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 392 idisə, 2019-cu ildə bu rəqəm 2 320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək/Report.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq