Kanadada yaşayan bir qrup soydaşımız 101 şəhid ailəsini himayəyə götürüb
Tarix: 29-12-2020 18:06 | Bölmə: Cəmiyyət
Kanadada yaşayan bir qrup soydaşımız 101 şəhid ailəsini himayəyə götürüb

44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (Cəmi: 900.073 manat) maddi dəstək göstərilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Reyting.az-a verilən məlumata görə, vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb.

Maddi vəsaitlə yanaşı, soydaşlarımızın təşəbbüsü ilə ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}