Bakı sakinlərinə xəbərdarlıq edilib
Tarix: 01-01-2021 14:12 | Bölmə: Cəmiyyət
Bakı sakinlərinə xəbərdarlıq edilib

Yanvarın 2-i səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq