Qukasyan: “Qafandakı “morq” əsgər cəsədləri ilə doludur”
Tarix: 02-01-2021 15:37 | Bölmə: Cəmiyyət
Qukasyan: “Qafandakı “morq” əsgər cəsədləri ilə doludur”

“Yanvarın 1-də aparılan axtarış və xilasetmə işləri nəticəsində yeddi cəsəd tapılıb. Bunların dördü Horadizdə, üçü Füzulidə aşkar edilib”.

Reyting.az
xəbər verir ki, bunu hazırda qardaşı və qardaşı oğlunu Qarabağda axtaran erməni Arsen Qukasyan Facebookda canlı çıxışı zamanı deyib.

A. Qukasyan əlavə edib ki, hazırda Hadrut və Cəbrayıl istiqamətlərində axtarışlar davam edir.

Ərazidəki erməni hərbçilərinin sağqalma ehtimalına gəlincə, Qukasyan bildirib ki, bu barədə heç bir məlumat yoxdur: “İndi sağ qalmış hərbçilərimizin şəxsiyyətini dəqiqləşdirmək üçün general Rüstəm Muradovla müzakirələr aparmağa çalışırıq”.

Ermənistandakı “morqlarda” vəziyyətin utancverici olduğunu bildirən A. Qukasyan əlavə edib ki, Qafandakı “morq” cəsədlərlə dolu olsa da, orada elementar soyuducu belə yoxdur: “Qurbanlarımızın cəsədlərinə də hörmət etmirsiniz. Burada da dil tapa bilmədiyiniz türklər günahkardır, yoxsa ruslar bu problemlə məşğul olmalıdır?”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}