Karantin rejimini pozan çayxana sahibi və müştəriləri cərimələnib - Fotolar
Tarix: 04-01-2021 11:54 | Bölmə: Cəmiyyət
Karantin rejimini pozan çayxana sahibi və müştəriləri cərimələnib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi S. Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə olunublar.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}