Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 04-01-2021 12:35 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}