Koronavirus peyvəndi vurduran daha bir həkim xəstəxanaya yerləşdirilib
Tarix: 04-01-2021 14:27 | Bölmə: Cəmiyyət
Koronavirus peyvəndi vurduran daha bir həkim xəstəxanaya yerləşdirilib

Afina ətrafındakı bir xəstəxana rəhbərinin müavini koronavirus peyvəndi vurdurub və bir neçə gün sonra süni ağciyər ventilyasiyası üçün reanimasiyaya yerləşdirilib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, 54 yaşlı həkim dekabrın 27-də koronavirusa qarşı peyvənd vurdurub. Dekabrın 30-da onda alt tənəffüs yolu infeksiyası əlamətləri yaranıb. Vəziyyəti sürətlə pisləşib və xəstəxanaya yerləşdirilməsini tələb edib.

Artıq yanvarın 1-də həkimə tənəffüs çatışmazlığı diaqnozu qoyulub və intubasiya edilib. Virus testi mənfi olub və xəstədə nəfəs darlığı, hərarət və ya öskürək olmayıb.

Yunanıstan Səhiyyə Nazirliyi peyvəndlə həkimin yoluxduğu infeksiya arasında birbaşa əlaqə tapmadıqlarını açıqlayıb.

Dekabrın 27-də Yunanıstanda “Pfizer”-“BioNTech”dən istifadə edilməklə COVID-19 peyvənd kampaniyası olan “Azadlıq əməliyyatı” başlayıb. Bu, Avropa İttifaqında təsdiqlənən yeganə peyvənddir.

İlk növbədə tibb işçiləri, daimi sakinlər və qocalar evləri və reabilitasiya mərkəzlərinin işçiləri peyvəndlənəcəklər.

Yanvarın 2-də Meksikada da 32 yaşlı həkim qadının peyvənd vurulandan sonra vəziyyətinin ağırlaşması barədə məlumat yayılıb. İsveçrədə isə dekabrın 30-da 91 yaşlı xəstə peyvənd vurulandan sonra vəfat edib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}