41 yaşlı qadın koronavirus peyvəndindən sonra qəflətən vəfat edib
Tarix: 04-01-2021 22:07 | Bölmə: Cəmiyyət
41 yaşlı qadın koronavirus peyvəndindən sonra qəflətən vəfat edib

Portuqaliyalı səhiyyə işçisi Sonya Asevedo, “Pfizer”/”BioNTech” koronavirus peyvəndi vurulduqdan 48 saat sonra qəflətən ölüb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, 41 yaşlı qadın dekabrın 30-da peyvəndlənəndən sonra heç bir yan təsiri olmayıb, ancaq yanvarın 1-də qəflətən vəfat edib. Ölümün səbəbi yanvarın 5-i və ya 6-da yarılma ilə müəyyən ediləcək.

Asevedonun atasının sözlərinə görə, qızının sağlamlıqla bağlı heç bir problemi olmayıb.

Qadının işlədiyi Portudakı Portuqaliya Onkologiya İnstitutunda peyvənd zamanı və inyeksiyadan sonra bir neçə saat ərzində ondan heç bir şikayət almadıqlarını təsdiqləyiblər. Asevedo ilə yanaşı, eyni qurumun daha 537 əməkdaşı peyvənd edilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər