Bakıda, Sumqayıtda və Beyləqanda yanğın olub
Tarix: 05-01-2021 09:08 | Bölmə: Cəmiyyət
Bakıda, Sumqayıtda və Beyləqanda yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Beyləqan rayonunun İmamverdili kəndində də yanğın hadisəsi qeydə alınıb. Ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Sumqayıt şəhərində baş verib. Ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ev əşyaları 15 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}