Erməni əsirliyindən qayıdan hərbçi: "Müharibənin bitdiyini bilmirdim"
Tarix: 05-01-2021 14:13 | Bölmə: Cəmiyyət
Erməni əsirliyindən qayıdan hərbçi: "Müharibənin bitdiyini bilmirdim"

“Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində biz öz vətənimizə qayıtmışıq”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.

O bildirib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb, 5 gün meşədə qaldıqdan sonra əsir götürülüb: “34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”/APA




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}