Koronavirus Azərbaycanın daha çox hansı bölgələrində yayılıb? - Statistika
Tarix: 05-01-2021 15:00 | Bölmə: Cəmiyyət
Koronavirus Azərbaycanın daha çox hansı bölgələrində yayılıb? - Statistika

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Reyting.a
z "koronavirus.info"ya istinadla xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.1 faiz, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə isə ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər