Avtomobil qəzası: bir nəfər ölüb, iki nəfər xəstəxanaya aparılıb
Tarix: 06-01-2021 09:01 | Bölmə: Cəmiyyət
Avtomobil qəzası: bir nəfər ölüb, iki nəfər xəstəxanaya aparılıb

İmişli rayonunda avtomobil qəzası baş verib. Avtoqəza nəticəsində sürücü ölüb, 2 nəfər xəsarət alıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə İmişli rayonunun Bəcrəvan-Cavadxan yolunda qeydə alınıb.

İmişli sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Elməddin Ərəstun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişinlər - Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Şükürov Bayandır Dünyamalı oğlu və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Nüsrət Adış oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}