Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub
Tarix: 06-01-2021 18:25 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyinin məlumatına görə, 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq