Daha 9 COVID-19 xəstəsinə cinayət işi açılıb
Tarix: 07-01-2021 10:20 | Bölmə: Cəmiyyət
Daha 9 COVID-19 xəstəsinə cinayət işi açılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq