Köçkünlər üçün tikilən 4700-ə yaxın mənzil nazirliyin balansına verilib
Tarix: 08-01-2021 12:20 | Bölmə: Cəmiyyət
Köçkünlər üçün tikilən 4700-ə yaxın mənzil nazirliyin balansına verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib.

Reyting.az
-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.

Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil nazirliyin balansına verilib.

F. Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.(Trend)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq