281 nəfərə korrupsiya ilə bağlı cinayət işi açılıb
Tarix: 08-01-2021 13:37 | Bölmə: Cəmiyyət
281 nəfərə korrupsiya ilə bağlı cinayət işi açılıb

Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq