Umayra Tağıyeva: "Yaxın həftələrdə qar yağmayacaq"
Tarix: 08-01-2021 16:15 | Bölmə: Cəmiyyət
Umayra Tağıyeva: "Yaxın həftələrdə qar yağmayacaq"

“Bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır”.

Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi bildirib ki, qar prosesləri adətən yanvar və fevral ayına təsadüf etsə də, son zamanlar bu müşahidə olunmur.

U.Tağıyeva vurğulayıb ki, etibarlı proqnozlar yalnız 3-4 günü əhatə edir: “Ona görə də əminliklə deyə bilərəm ki, yaxın həftələrdə qar yağmayacaq”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq