Erməni valideynlər 81 gündür itkin uşaqlarını axtarır
Tarix: 08-01-2021 18:09 | Bölmə: Cəmiyyət
Erməni valideynlər 81 gündür itkin uşaqlarını axtarır

Ermənistan silahlı qüvvələrinin itkin düşən hərbçilərinin valideynləri Eçmiədzində hərbi hissənin qarşısında oturaq aksiya keçirir.

Məlumatı “Novosti Armeniya” yayıb.

Hərbçilərin valideynləri və yaxınları hərbi hissənin komandanlığı ilə görüş tələb edirlər. Onlar 81 gündür həmin hərbçilərdən informasiya əldə edə bilmirlər.

“Hakimiyyət uğrunda mübarizə olsaydı, bütün deputatlar burada olardı. Bizə heç kim cavab vermək istəmir. Nə olar, qoy deputat gəlib desin ki, biz də sizinlə bir sıradayıq. Onlar bizim burada olduğumuzu görmürlər?”, - itkin düşən hərbçilərdən birinin anası Anait Adoyan bildirib.

Qeyd edək ki, yanvarın 7-də də hərbi hissədən valideynlərlə görüşə gələn olmayıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq