Hadrutda küçələrə Azərbaycan adları verilib - Fotolar
Tarix: 08-01-2021 20:58 | Bölmə: Cəmiyyət
Hadrutda küçələrə Azərbaycan adları verilib

İşğaldan azad olunan Hadrut qəsəbəsində bərpa işlərinə başlanılıb.

Reyting.az
xəbər verir ki, hazırda qəsəbə ərazisində istiqamətverici nişanlar quraşdırılır.

Həmçinin ərazidə yer adları əks olunan lövhələrin vurulmasına başlanıb.

İlkin mərhələdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzvləri qəsəbədə ünvanları təyin edib, küçə adları bərpa olunub.

Küçə adları divarlara vurulur. Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olan şəxslərin adları verilib.(Sfera.az)





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq