Sabirabadda çayxana icarədarı və müştəriləri cərimələnib
Tarix: 09-01-2021 14:49 | Bölmə: Cəmiyyət
Sabirabadda çayxana icarədarı və müştəriləri cərimələnib

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilən xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın icarədarı və orada olanlardan 11 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq