Karantin qaydalarının pozulduğu kafe aşkarlanıb
Tarix: 11-01-2021 11:03 | Bölmə: Cəmiyyət
Karantin qaydalarının pozulduğu kafe aşkarlanıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirirlər.

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L. Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.





Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq