Penitensiar Xidmət işə qəbulla bağlı müsahibələri dayandırıb
Tarix: 12-01-2021 14:30 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmət işə qəbulla bağlı müsahibələri dayandırıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kiçik və orta rəis heyəti vəzifələrində vakant ştat vahidlərinin məhdudluğu ilə əlaqədar qurumun müsahibə komissiyası tərəfindən qulluğa qəbul üçün müsahibələrin keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, müvafiq vakant ştat vahidləri olduqda qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Penitensiar Xidmətin rəsmi internet səhifəsində elan veriləcək.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq