İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb
Tarix: 12-01-2021 16:45 | Bölmə: Cəmiyyət
İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb

Azərbaycanın bütün çay yataqlarında aparılan istismar işlərinə monitorinq nəticəsində baxış keçirilib və böyük nöqsanlar olduğu müəyyənləşib”.

Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, əsas nöqsan ekoloji tarazlığın pozulması ilə səciyyələnir: “Bu fəaliyyət nəticəsində ekologiyaya ciddi ziyan dəyir. Ona görə də bu fəaliyyət qiymətləndirilir. Çay yataqlarının qiymətləndirilməsi hökumətin tapşırığına əsasən həyata keçirilir”.

S.Qurbanov bildirib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq