Qaradağda avtoqəza olub – Ölən var
Tarix: 12-01-2021 23:52 | Bölmə: Cəmiyyət
Qaradağda avtoqəza olub – Ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Shacman" markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq