Şəhid olan zabitimiz Gəncədə dəfn edilib
Tarix: 13-01-2021 14:35 | Bölmə: Cəmiyyət
Şəhid olan zabitimiz Gəncədə dəfn edilib

Ötən gün şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti dəfn edilib.

Bu gün Gəncə şəhərində DSX-nin şəhid olmuş zabiti, 1988-ci il təvəllüdlü Muxtarov Sənan İlqar oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra şəhid S. Muxtarov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, S. Muxtarov ötən gün Zəngilan rayonu ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşüb. Nəticədə S. Muxtarov şəhid olub, sürücüsü isə ağır yaralanıb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}