Qəbiristan oğruları yaxalanıb - Foto
Tarix: 14-01-2021 13:01 | Bölmə: Cəmiyyət
Qəbiristan oğruları yaxalanıb

Florida polisi əyalətdəki bir qəbiristanlıqda dəfn edilmiş şəxslərin qalıqlarını oğurlamağa çalışan iki yerli kişini həbs edib.

Reyting.az
“CBS Miami”-yə istinadla txəbər verir ki, bu, 43 yaşlı Brayan Tolentino və 39 yaşlı Leyk Uollasdır. Onlar Montura şəhərindəki Ecvud qəbiristanlığında ölənlərin qalıqlarını oğurlamaqda günahlandırılır. Oğurluq 6 dekabr 2020-ci ildə dörd qəbirdə baş verib. Polis Tolentinonu eksqumasiya yerində tapılan siqaret filtrindəki DNT testi ilə müəyyənləşdirib.

Bədəməllər məzarı qanunsuz qazmaq, dörd mərhumun başını və digər qalıqlarını çıxarıb götürmək ittihamı ilə həbs olunublar. Onlar Kuba mənşəli sapma "Palo Muyombe" adlı dini ayini yerinə yetirmək üçün ölü qalıqlarından istifadə edib. Polis 7 kəllə sümüyü tapıb, bunlardan dördü başqa bir məzarlığa - Mont Dora qəbiristanlığına aid olub.





Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}