14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən iki nəfər tutulub - Foto
Tarix: 14-01-2021 14:33 | Bölmə: Cəmiyyət
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən iki nəfər tutulub

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan 2 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Ayşən Atakişiyeva və  onun tanışı Kamran Cəfərli tutulub. Həmin şəxslər ifadələrində sosial şəbəkələrdə narkotik vasitələrin  qəbulunu təbliğ etdiklərini etiraf ediblər və əməllərindən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, bu şəxslərin yaydığı videoda guya K.Cəfərlinin Daxili İşlər Nazirliyinin  Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olması barədə  düzgün olmayan, özündə həqiqəti əks etdirməyən qeydlər də yerləşdirilib.

 Saxlanılan A.Atakişiyeva və K.Cəfərli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və qərar verilməsi üçün məhkəməyə təqdim edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}