07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qarabağ ərazisində 10 seysmik stansiya quraşdırılacaq
Tarix: 15-01-2021 14:05 | Bölmə: Cəmiyyət
Qarabağ ərazisində 10 seysmik stansiya quraşdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq və bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Hazırda həmin ərazilərin minalardan təmizlənməsi prosesinin getdiyini qeyd edən Qurban Yetirmişli dövlət qurumlarından müvafiq icazə verilən kimi seysmoloqların həmin əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçiriləcəyini söyləyib.

O bildirib ki, seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı da nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}