Şöbə müdiri: "Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir"
Tarix: 15-01-2021 16:19 | Bölmə: Cəmiyyət
Şöbə müdiri: "Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir"

“İmtahan sessiyası ilə bağlı apelyasiyaların yaradılması universitetlərin səlahiyyətindədir”.

Bunu Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

O bildirib ki, Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir: “Nazirlik sadəcə ümumi siyasəti həyata keçirir. İmtahan sessiyasının gedişatı ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri təhlil ediləcək. Tələbə və müəllimləri narahat edəcək məsələ olacaqsa buna operativ şəkildə reaksiya veriləcək”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}