16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məmurun şikayət etdiyi jurnalistin məhkəməsi başlayır
Tarix: 16-01-2021 14:31 | Bölmə: Cəmiyyət
Məmurun şikayət etdiyi jurnalistin məhkəməsi başlayır

Yanvarın 19-da Şəki Apellyasiya Məhkəməsində “Yüksəliş Naminə” saytının əməkdaşı Elçin Həsənzadənin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçiriləcək.

Xatırladaq ki, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev jurnalist Elçin Həsənzadəni və sosial media fəalı İbrahim Salamovu məhkəməyə verib.

Reyting.az E. Həsənzadəyə istinadla bildirir ki, 2020-ci il iyunun 12-də Şəhriyar Mustafayev Mingəçevir Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib. Ş. Mustafayev iddia edir ki, jurnalist və sosial media fəalı ona böhtan atıb, təhqirə məruz qoyublar.

Jurnalist Noyabrın 16-da 1 il islah işlərinə cəlb olunub.

Qeyd edək ki, iddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. E. Həsənzadə bildirir ki, fəalı yaşadığı kirayə mənzilindən məhz Mustafayev çıxarıb. Mayın 9-u Mingəçevirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucucu Məhəmməd Əmin Rəsulzadənin fotosu qaldırılıb. Fotonu qaldıran Ceyhun Rzayevə inzibati həbs cəzası verilib.

Şəhriyar Mustafayev məhkəməyə şikayətində qeyd edib ki, “Facebook”da bu məsələ ilə bağlı aparılan müzakirələrdə Elçin Həsənzadə və İbrahim Salamov onu aşağılayıblar.

Rəis hər iki şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məhkum edilməsini istəyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}