16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Pfizer” peyvəndindən sonra 13 nəfər üz iflici olub
Tarix: 17-01-2021 15:25 | Bölmə: Cəmiyyət
“Pfizer” peyvəndindən sonra 13 nəfər üz iflici olub

Ən azı 13 israilli “Pfizer” yeni koronavirus peyvəndi vurulduqdan sonra əks təsir kimi üz iflicinə məruz qalıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Təcrübəli həkimlərin iddiasına görə, bu, əks təsir tez-tez rast gəlinəndir.

“Ən azı 28 saat üz iflici ilə gəzdim. İndi tamamilə getdiyini deyə bilmərəm, amma bundan əlavə başqa bir şey məni narahat etmədi, yalnız inyeksiya yeri bir az ağrıyırdı, vəssalam”, - peyvənddən sonra müvəqqəti üz iflici ilə qarşılaşan israilli deyib.

Ancaq ölkə əhalisi peyvənddən imtina etməməyə çağırılır, çünki bu əks təsir olduqca nadirdir.

“Şiba” klinikasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, professor Qalya Rahab, üz iflici olan xəstəyə peyvəndin ikinci dozasının vurulmadığını qeyd edib. Həkim xəstəliyin tam olaraq nəyə səbəb olduğunu dəqiq deyə bilmədiyini də diqqətə çatdırıb.

Səhiyyə Nazirliyinin nümayəndələri ikinci peyvəndin yalnız üz iflicinin bütün əlamətlərini keçmiş insanlara vurulmalı olduğunu söyləyiblər.

Qeyd edək ki, İsraildə COVID-19-a qarşı kütləvi peyvəndləmə dekabrın 19-da başlayıb.

Peyvənd əvvəlcə tibb işçiləri, tibb fakültəsinin tələbələri, habelə İsrail prezidenti Reuven Rivlin və bələdiyyə rəhbərlərinə vurulacaq. İsrailin baş naziri Benjamin Netanyahu ölkədə ilk dəfə “Pfizer” peyvəndi ilə koronavirusa qarşı peyvəndlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}