17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistana gedən yollar bağlandı: 450 yük avtombili sərhəddə qalıb
Tarix: 18-01-2021 11:06 | Bölmə: Cəmiyyət
Ermənistana gedən yollar bağlandı: 450 yük avtombili sərhəddə qalıb

Ermənistan-Rusiya yolunun bağlanması səbəbindən sərhəddə 450 yük maşını qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi, Gürcüstan Daxili İşlər Nazirliyi və Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Böhran İdarəetmə Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Yuxarı Lars yolu bir neçə gündür qar uçqunları səbəbindən fəaliyyətini dayandırıb. Bu səbəbdən də sərhəddin Rusiya tərəfində 450 yük maşını gözləmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Lars yolu Ermənistanın Gürcüstan vasitəsilə Rusiyaya çıxışı olan yeganə yoldur.

Bu arada bəlli olub ki, Ermənistan daxilində də bir sıra strateji yollar bağlıdır. Xüsusilə, Amberd qalasına və Kariyə gedən yollar faktiki yük maşınları üçün keçilməz olub. Aparan-Kuçak magistral yolu da buz bağlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}