Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Tarix: 20-01-2021 12:54 | Bölmə: Cəmiyyət
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Xaçmaz Kondensator Zavodu" MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.

Məlumata görə, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.

Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin “Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır(Report).




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq