16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
TƏBİB: "Vaksinasiya könüllü və dövlət hesabınadır”
Tarix: 23-01-2021 14:04 | Bölmə: Cəmiyyət
TƏBİB: "Vaksinasiya könüllü və dövlət hesabınadır”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}