Toyda bəyi və qardaşını qətlə yetiriblər - Fotolar
Tarix: 23-01-2021 15:21 | Bölmə: Cəmiyyət
Toyda bəyi və qardaşını qətlə yetiriblər

Yeni Moskva ərazisindəki bir bayram tədbiri zamanı qonaqlar arasında münaqişə baş verib, iki kişi güllə yarası alıb və yerindəcə ölüblər.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, münaqişə Yeni Moskadakı klublardan birində keçirilən toy mərasimində baş verib. Mübahisə ailə münaqişəsi zamanı qızışıb.

“Qonaqlardan biri tapança ilə bəyə və onun qardaşına atəş açıb. Hər ikisi yerindəcə keçinib”, - məlumatda qeyd edilir.



Paytaxtda şübhəlinin axtarışı üçün xüsusi əməliyyat keçirilib. Qətldə şübhəli bilinən 31 yaşlı şəxs saxlanılıb. İndi bəylə qardaşını güllələdiyi tapançanı ona gətirən şəxs axtarılır.

Ölənlərin Moldovada doğulduğu, lakin Rusiya vətəndaşlıqları olduğu vurğulanır.

Bəyi və onun qardaşını güllələyənin gəlinin qohumu olduğu bildirilir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}