Su qıtlığına görə bələdiyyə başçısını ağaca bağladılar - Foto
Tarix: 23-01-2021 20:19 | Bölmə: Cəmiyyət
Su qıtlığına görə bələdiyyə başçısını ağaca bağladılar

Meksikanın Frontera Komalapa şəhərinin sakinləri bələdiyyə başçısının açılışını etdiyi yeni su anbarının keyfiyyətsiz olmasından qəzəblənərək bələdiyyə başçısını ağaca bağlayıblar.

Şəhər meri Oskar Ramires sakinlərə bir sıra vəd edilmiş sosial layihələr təqdim edib və yeni su anbarı da bunlardan biri idi.

Qvatemala ilə sərhəd yaxınlığında yerləşən şəhərdəki 11 yerli icmanın nümayəndələri əvvəlcə şəhərin su təminatının pis vəziyyəti ilə bağlı Ramiresə ittihamlar səsləndiriblər və sonra bələdiyyə başçısını tutaraq onu bir ağaca bağlayıblar.



Ağaca bağlanan bələdiyyə başçısının fonunda sakinlər bələdiyyə başçısını yeni beton su anbarının pis vəziyyətdə olmasında günahlandıraraq təcili mitinq təşkil ediblər.

Yerli icmanın anbarın üstünə çıxaraq deyib:

“Komalapa sakinləri üçün yaxşı görülmüş bir iş olacağına söz verdi, amma lənətə gəlmiş bir şey var! Çünki su təchizatı sistemi işləmir!”

Şəhər sakinlərindən biri Frontera Komalapa sakinlərinin bir həftədən çoxdur susuz oturduqlarını söyləyib: "Bu, normal bir şəkildə həll edilməsi lazım olan köhnə bir problemdir və onun prioriteti olmalıdır. Bu adam evlərimizə gəldi, hər şeyi gördü və yerinə yetirmədiyi bir söz verdi. Bizimlə ədalətsiz davrandı, çünki yaşamaq, yemək, yuyulmaq üçün suya ehtiyacımız var - onsuz yol yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}