17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Vəkillər Kollegiyasının daha bir üzvü vəfat edib - Foto
Tarix: 24-01-2021 01:11 | Bölmə: Cəmiyyət
Vəkillər Kollegiyasının daha bir üzvü vəfat edib

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Anar Bağırov bildirib ki, uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik: “Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!".


Ağakişi Nağıyev

Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Reyting.az-ın kollektivi onlara Allahdan rəhmət diləyir!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}